“Avropadan Avstraliyaya 4 saata, Frankfurtdan Şanxaya 2 saat 45 dəqiqəyə, Londondan Nyu-Yorka cəmi 90 dəqiqəyə uçmaq mümkün olacaq…”
“İsveçrənin “Destinus” startapı hidrogen mühərrikli sərnişin təyyarəsi işləyib hazırlayır…”
İsveçrənin “Destinus” startapı hidrogen mühərrikli sərnişin təyyarəsi işləyib hazırlayır.
O, Avropadan Avstraliyaya uçuş müddətini 20 saatdan 4 saatadək azaldacaq.
Şirkət “Eiger” prototipini son iki ildə tesrdən keçirib və indi uğurlu sınaq uçuşları barədə elan edib.
Moderator.az xəbər verir ki, bu barədə “cursorinfo.co” nəşri məlumat yayıb.
Bu yaxınlarda İspaniyanın Elm Nazirliyi Destinus-u strateji təşəbbüsdə iştirak etmək üçün seçib.
Startapa hidrogen üzərində səsdən iti uçuşlar sahəsində əlavə tədqiqatlar və təcrübələr aparılması üçün pullar ayrılıb.
Hazırda “Destinus” İspaniyanın “ITP Aero” şirkəri ilə birlikdə hidrogen mühərriklərinin sınaqları üçün obyektin yaradılması üzərində işləyir.
İspaniya hökumətinin qrantı Madrid yaxınlığında sınaq poliqonunun tikintisini maliyyələşdirəcək.
Hidrogen energetikası ekoloji təmizliyinə görə çoxsaylı tədqiqatlar və işlənmələr predmetidir, çünki hidrogenin əsas yanma məhsulları istilik və sudur.
Melburndakı RMIT Universitetinin tədqiqatçılarının yaratdıqları 3D-printerində çap edilən katalizatorlar səs sürətindən 5 dəfə çox uçuş sürətini təmin edir, habelə qızmanı neytrallaşdırır.
Belə sürətlə uçan gələcək kommersiya təyyarələri sərnişinləri Londondan Nyu-Yorka cəmi 90 dəqiqəyə çatdıracaq.
“Destinus” startapı nümayəndələrinin bəyanatına uyğun olaraq, yeni texnologiya sayəsində Frankfurtdan Sidneyə uçuş müddəti 4 saat 15 dəqiqə, Frankfurtdan Şanxaya isə 2 saat 45 dəqiqə (hazırda müasir aviaşirkətlərin təklif etdiyindən 8 saat az) təşkil edəcək.
Bu layihə İspaniyanın müxtəlif tətbiq sahələri üçün hidrogen nəqliyyat vasutələrinin işlənib hazırlanması və istehsalı üzrə səylərinin bir hissəsidir.