Alimlərimizin beynəlxalq layihələrdə iştirak səviyyəsi qənaətbəxş deyil –  Prorektordan açıqlama

Alimlərimizin beynəlxalq layihələrdə iştirak səviyyəsi qənaətbəxş deyil –  Prorektordan açıqlama

“Bizim alimlərin texnikanın müxtəlif sahələrində, kimya, fizika və s. sahələrdə böyük potensialı var, lakin onu layihə dilinə çevirmək vərdişləri zəifdir. Buna görə də beynəlxlaq layihələrdə işitrak edə bilmirlər”.

 

 

Bu sözləri Azərbaycan alimlərinin beynəlxalq qrantlarda iştirakı ilə bağlı Moderator.az-a açıqlamasında Azərbaycan Texniki Universitetinin (AzTU) prorektoru professor Sübhan Namazov deyib.

 

Professor S.Namazov açıqlamasında bu sahədə həyata keçirilməsi vacib olan istiqamətlərə də toxunub:

 

“Bizim kifayət qədər potensiallı alimimiz olsa da, onların beynəlxalq layihələrdə iştirak sayı qənaətbəxş deyil. Bunun müxtəlif səbəbləri var. Əvvəla, alimlərimizin əksəriyyətində xarici dil biliyi səviyyəsi zəifdir. Digər tərəfdən onların ideyaları, patentləri olsa da, bu ideyanı layihəyə çevirmək vərdişləri yoxdur. Bizim alimlərin texnikanın müxtəlif sahələrində, kimya, fizika və s. sahələrdə böyük potensialı var, lakin onu layihə dilinə çevirmək vərdişləri zəifdir. Buna görə də beynəlxlaq layihələrdə işitrak edə bilmirlər”.

 

Professor S.Namazov qeyd edib ki, AzTU-da bu istiqamətdə vahid konsepsiya üzrə tədbirlər həyata keçirilir:

 

“Bu sahədə müxtəlif tədbirlər görülə bilər. İlk olaraq, biz alimlərimizi tanıtmalıyıq. Məsələn, AzTU-da bu istiqamətdə real addımlar atılır. Biz alimlərimizin məqalələrinin inpakt faktorlu jurnallarda dərc olunması üçün müxtəlif motovasiya proqramları həyata keçiririk. Bundan əlavə tərəfdaş universitetlərə xarici səfərlər, onların xarici ölkələrdə təşkil edilən beynəlxalq və nüfuzlu konfranslara göndərilməsi də bu prosesin bir parçasıdır. Hesab edirəm ki, savadlı, potensiallı alim həm də dünyanı tanımalı, dünyanın, avropanın preoritet qəbul etdiyi sahələr bilməli və bu sahələr üzrə layihə hazırlanması ilə bağlı təlimlərə cəlb edilməlidir”.

 

“Belə  bir nümunə çəkim. Əvvəllər ali təhsil layihələrini dəstəkləyən potensialın gücləndirilməsi üçün Erasmus+KA2 üçün layihələrində də çətinliklər var idi. Bu gün artıq bizdə belə layihələr yazmaq qabiliyyətinə sahib kifayət qədər mütəxəssisimiz formalaşıb. Amma elmi layihələrin yazılması üçün vərdişlər kifayət qədər deyil. Qeyd etdiyim istiqamətdə tədbirlər həyata keçirərək alimlərimizdə bu istiqamətdə təcrübə və yanaşma formalaşdıra bilərik”, – deyə, prorektor əlavə edib.

 

Rəna Nəbi 

 

Mənbə

Share: