“Liverpul”un futbolçusu Tiaqo Alkantara zədəsini tam sağaldıb.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi “Tvitter” hesabında məlumat yayılıb. 29 yaşlı yarımmüdafiəçinin artıq komanda ilə məşqlərə başladığı bildirilib.
İtaliyalı oyunçu oktyabrın 17-də Premyer Liqanın 5-ci turunda “Everton”la qarşılaşmada (2:2) sıradan çıxmışdı.
Qeyd edək ki, Alkantara bu mövsüm 2 matça çıxıb.