Alla Puqaçovanın nəvəsi səhnədən düşürülüb səfərbərliyə aparıldı

Rusiyalı müğənni Alla Puqaçovanın nəvəsi Nikita Presnyakov səfərbərliyə cəlb olunub. Onu Moskva əyalət teatrında məşq zamanı birbaşa səhnədən düşürərək aparıblar.

 

Bu barədə teatra yaxın mənbədən məlumat verilib.

 

Teatrın mətbuat xidməti və artistin PR direktoru isə hələlik şərh verməkdən imtina ediblər.

 

Qeyd edək ki, 31 yaşlı Nikita Presnyakovun valideynləri Rusiya Federasiyasının əməkdar artisti Kristina Orbakayte və müğənni Vladimir Presnyakovdur.

 

Xatırladaq ki, Nikitanın nənəsi, SSRİ xalq artisti Alla Borisovna Puqaçova sentyabrın 29-da kiçik uşaqları ilə birlikdə şəxsi təyyarə ilə Rusiya Federasiyasını tərk edib. Buna səbəb rusiyalı aparıcı Maksim Qalkinin sentyabrın 18-də Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin xarici agentləri reyestrinə daxil edilməsi olub. Bundan sonra Puqaçova quruma müraciət edərək özünün də əri kimi xarici agent kimi tanınmasını istəyib və geri dönüş bileti almadan İsrailə yollanıb. /Oxu.az/

 

Mənbə: 5TV

 

Mənbə

Share: