Allergiyadan əziyyət çəkirsinizsə…

Yazın əvvəlində bir çox insanlar mövsümi alleriyadan əziyyət çəkir. Öskürək, burun axması, gözlərin yaşarması və s. bu kimi simptomlar allergiyanın əsas əlamətlərindəndir.

Milletinsesi.az News-medical-a istinadla bildirir ki, Florida Universiteti alimləri mövsümi allergiya ilə mübarizə etmək üçün probiotikləri qəbul etməyi tövsiyə edirlər.

Eksperimentlər göstərib ki, tərkibində laktobasillar və bifidobakteriyalar olan probiotiklər allergiyadan əziyyət çəkən insanların vəziyyətini xeyli yüngülləşdirir, allergiyanın simptomlarını azaldır.

Probiotiklər immun sisteminin allergenlərə olan reaksiyasına təsir edir ki, nəticədə insanda allergenlərə olan dözümlülük artır.

Share: