Almaniya bunu etsə, beynəlxalq təcridə məruz qalar

Polşa Xarici İşlər Nazirliyi Almaniyanın Ukraynaya tank tədarükünü gecikdirməsini şərh edib.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, rəsmi Berlinin bu addımı tənqid olunub.

 

“Əgər Almaniya Ukraynaya “Leopard” tanklarının tədarükünü həyata keçirməsə, beynəlxalq səviyyədə təcridlə üzləşə bilər”, – deyə bildirilib.

 

Qeyd edək ki, ABŞ-ın Almaniyadakı Ramşteyn bazasında keçirilən Ukraynanın müdafiəsi üzrə təmas qrupunun toplantısında Almaniya Ukraynaya tank tədarükünə razılıq verməyib. Digər ölkələrin arsenalından Almaniya istehsalı olan tankların Ukraynaya verilməsinə yaşıl işıq yandırılsa da, istehsalçı kimi rəsmi Berlin özü bunu etməyəcəyini elan edib.

Mənbə


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: