Almaniya çağırış etdi: İranı tərk edin!

Almaniya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb.

 

Modern.az xəbər verir ki, İranda xüsusilə ikili vətəndaşlığı olan şəxslər üçün təhlükəli vəziyyət yarandığı bildirilib.

 

“Hazırda İranda Almaniya vətəndaşları üçün saxlanılma və uzunmüddətli həbslə bağlı konkret təhlükə var”, – deyə Almaniya XİN-in yaydığı məlumatda vurğulanıb.

 

Həmçinin qeyd edilib ki, son vaxtlar İranda xarici vətəndaşlarla bağlı müxtəlif problemlərin yaşanması və süni əngəllər yaradılması tendensiyası mövcuddur.

 

Coşqun

Mənbə

Share: