Almaniya hökuməti “Rheinmetall”la anlaşdı – Ukraynaya görə…

Almaniya Ukrayna üçün sursat istehsalı üçün Rheinmetall ilə müqavilə imzalayıb.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.

 

Brüsseldə keçirdiyi görüşdə o, ölkəsinin artıq Ukraynaya göndərdiyi “Gepard” zenit silahları üçün daha çox sursat istehsal etmək üçün “Rheinmetall” konserni ilə müqavilə imzaladığını bildirib.

 

Məlumata görə, Almaniya istehsalı olan “Gepard”lar Ukraynada alçaq hündürlükdən uçan İran kamikadze dronları ilə mübarizədə effektiv şəkildə istifadə olunub, lakin bu zenit silahları artıq istehsal olunmur.

 

“Berlin artıq bir neçə aydır “Gepard”lar üçün yeni sursat tapmağa çalışır. Ukraynanı yeni hava hücumundan müdafiə sursatları ilə təmin etmək çox güman ki, aylar çəkəcək”, – deyə Pistorius əlavə edib.

Mənbə

Share: