
“Rusiyanın Ukraynaya qarşı müharibəsinin gedişində Olaf Şolts həm daxili siyasətdə, həm də beynəlxalq aləmdə qətiyyətsizlikdə tənqid edilib…”
“Təhlükəsizlik və müdafiə sahəsində Avropanın ABŞ-dan asılıığı son dərəcə böyükdür…”
“Polşa təhlükəsizlik siyasəti nöqteyi-nəzərindən Avropada çox vacib oyunçuya çevrilir…”
AFR kansleri Olaf Şolts ABŞ-a səfərə hazırlaşır. Gündəlikdə Ukraynaya yardım məsələsi ilə yanaşı, Yaxın Şərqdə vəziyətlə bağlı müzakirələr aparılacaq.
Moderator.az xəbər verir ki, bu barədə “dw.com” nəşri yazıb.
Gələn ayın əvvəlində baş tutacaq səfərdən bir neçə gün öncə Vaşinqtonda maraqlı hadisə baş verib.
Prezident Baydenin mili təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan müsahibələrinin birində deyib ki, ABŞ prezidenti Ukraynaya “Abrams” tanklarının tədarük edilməsinə yalnız Almaniyanın təzyiqindən sonra razılaşıb.
Amerika tanklarının tədarükü Almaniya və NATO-nun digər avropalı üzv-ölkələri tərəfindən Ukraynaya “Leopard” alman tankları göndərildikdən sonra baş verməliydi.
Şolts Vaşinqtona təsir edə bilir?
Bununla da Sallivan təkcə bundan öncə Almaniyanın onun mövqeyini dəyişməyə məcbur edə bilmədiyini vurğulayan Baydenə deyil, həm də Berlinin rəsmi bəyanatlarına zidd gedib. Kanslerin səfərindən bir neçə gün öncə bu azacıq sensasiya nəyə lazım olub?
Vaşinqton “amerikalıların təzyiq altına düşməsi təəssüratından yan keçmək istəyib”, – bunu nəşrə müsahibəsində Almaniya xarici siyasət cəmiyyətinin (DGAP) eksperti Henninq Hoff deyib:
“Aydın olub ki, kansler Şolts onun bu dəstəyə ehtiyacı olduğunu izah edə bilib, əks halda tanklar tədarükü ilə bağlı addım atmaq Almaniya üçün çox çətin olacaq. Nəticə etibarilə buna nail olub, çünki kansler həqiqətən prezident Baydenlə çox yaxşı şəxsi əlaqələrə malikdir”.
Bununla Şolts Vaşinqtona müəyyən təsirinin olduğunu nümayiş etdirib, hərçənd, tənqidçilər bu dəfə hətta şantaj əlamətlərini sezib. Rusiyanın Ukrayaya qarşı müharibəsinin gedişində Şolts tez-tez həm daxili siyasətdə, həm də beynəlxalq aləmdə qətiyyətsizlikdə tənqid edilib.
O cümlədən, AFR kansleri indiyədək Baydenin “Abrams” tanklarını göndərməyə razı olmayınca Kiyevə döyüş tanklarını tədarük etməkdən imtina edir.
Nəticədə Amerikanın “Abrams” tanklarının Ukraynaya ilin sonundan tez olmayaraq gözlənildiyi zaman “Leopard” alman taklarının yaxın həftələrdə oraya daxil olacağı kanslerin Vaşinqtonda mövqelərini gücləndirəcək.
Təhlükəsizlik məsələlərində Avropanın ABŞ-dan asılılığı
Lakin Ukraynada müharibə bir daha Almaniya və Avropa İttifaqının təhlükəsizlik sahəsində asılılığının nə dərəcədə böyük olduğunu əyani şəkildə göstərib.
Bu gün Amerikanın Ukraynaya hərbi və maliyyə yardımı Qərb ölkələri tərəfindən Kiyevə göstərilən yardımdan ən böyüyüdür. ABŞ-ın “nüvə çətiri” olmadan isə Avropanın bütün bu dəstəyi Rusiya tərəfindən nüvə təhlükəsi qarşısında çətin ki, inandırıcı olsun.
Ona görə də Hoff vurğulayır ki, “Avropanın təhlükəsizlik siyasətində müstəqil ola bilməsi ideyası yaxın zamanlarda xülyadır”:
“Avropalılar müdafiə və təhlükəsizlik sahəsində geriləmələri aradan qaldırmaq üçün inanılmaz səylər göstərməlidir, yalnız o zaman Avropanın bu sahələrdə müstəqil hərəkət edə biləcəyi barədə yenidən danışmaq olar”.
Bayden Berlinə deyil, Varşavaya səfər edib
Rusiyanın Ukraynaya qarşı təcavüzü başlanandan az sonra Almaniya hökuməti bundesverin ehtiyacları üçün 100 milyard avro ayrılmasını təsdiq edib. Çünki başlanan savaş fonunda bəlli olub ki, AFR ordusunun təchizatı arzuolunan səviyyədə deyil.
Hələ Baydendən öncə də Amerika prezidentləri Almaniyaya müdafiəyə daha çox vəsaitlər xərcləməyə çağırış edib. Lakin hətta indi də AFR NATO-nun müdafiəyə ÜDM-in 2 faizini xərcləmək barədə məqsədinə yalnız tədricən yaxınlaşmaqdadır. Ötən il bu göstərici 1, 5 faizdən az olub.
Amma Polşa, əksinə, bu il öz silahlı qüvvələrinə ÜDM-in 4 faizini xərcləmək niyyətindədir. Özünün Kiyevə gözlənilməz səfərindən sonra Bayden Varşavaya səfər edərək polyakları səylərinə görə tərifləyib və bu, Almaniyanın diqqətini çəkib.
Berlin həmçinin ona da diqqət yetirib ki, Rusiyaya qarşı alyansı möhkəmləndirməyə cəhd edən prezident Bayden Almaniyanı ziyarət etməyib.
Henninq Hoff hesab edir ki, bu, o demək deyil ki, amerikalılar Almaniyanı kənarda saxlayır, amma onların Polşaya xüsusi diqqət etməsi “təbiidir”: “Polşa təhlükəsizlik siyasəti nöqteyi-nəzərindən Avropada çox, həm də çox vacib oyunçuya çevrilir”.
Kiyevə səfəri zamanı Bayden bəyan edib ki, Ukrayna “tələb ediləcəyi qədər” yardım alacaq. Avropalı müttəfiqlər həmçinin bu vədə bel bağlayır.
Lakin ABŞ-ın özündə bununla bağlı şübhələr artmaqdadır. Amerika ictimaiyyəti arasında Ukraynaya səxavətli və davamlı yardım ideyası zəifləyir.
Konqresdə respublikaçılar o cümlədən yaxınlaşan prezident seçkiləri kampaniyası ilə bağlı bu obqata qoşulur.
Növbəti prezidentin respublikaçı olacağı təqdirdə bu məsələdə kartlar yenidən oynanılacaq. O zaman avropalılar Rusiya ilə münasibətlərdə özləri özləri ilə baş-başa qalacaq.
Berlin bundan sonra Çinlə necə davranmalıdır?
İstənilən halda Vaşinqton Rusiya deyil, Çinin timsalında özünə gerçək böyük rəqib görür. ABŞ həmçinin ehtiyat edir ki, Pekin Rusiyaya silah tədarük edə bilər.
Məhz buna görə də Bayden ÇXR-ə qarşı müttəfiqlər tapmağa cəhd edir, ehtimal ki, Olaf Şoltsla danışıqlarda bu, asan mövzu olmayacaq. Axı hələ kansler Angela Merkelin zamanında Çinlə ticarət əməkdaşlığı nizama salınıb və Berlin bunu pozmaq istəməz.
Şoltsun ABŞ-a səfərindən az öncə elan edilib ki, iki lider arasında söhbətdən sonra mətbuat konfransı olmayacaq.
Almaniya hökumətinin mətbuat katibi Şteffen Hebeştraytın sözlərinə görə, Bayden və Şolts “bir-birilə çox konfidensial fikir müvadiləsi” aparmaq istəyir. Bu, “onlar üçün çox vacibdir” və sirr deyil ki, “onlar bir-birinə çox yüksək dəyər verir”.