Almaniya sənayesi qışda dayanma riski ilə üzləşə bilər

“Rusiya qazının Ukrayna ərazisindən tranziti dayandırılarsa, Almaniya sənayesi qışda dayanma riski ilə üzləşəcək”.

 

Modern.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Almaniyanın iqtisadiyyat naziri Robert Habek bildirib.

 

“Əlverişli vəziyyət bizi eyni səhvi təkrar etməyə və təhlükənin nə olduğunu unutmağa məcbur etməməlidir”, – nazir söyləyib.

 

Qeyd edək ki, hazırkı tranzit müqaviləsi 2024-cü ilin sonunda başa çatır. Habek enerji təchizatını təmin etmək üçün ehtiyat tədbirlərinin davam etdirilməsinə çağırıb.

 

“Aİ Ukraynanın yeraltı anbarlarında qazın saxlanmasını nəzərdən keçirir, çünki onların öz anbarları demək olar ki, doludur”, – deyə vurğulanıb.

Mənbə

Share: