Ukrayna Almaniyanın “İris-T SLM” hava hücumundan müdafiə sistemlərini yayın sonu – sentyabrın əvvəlində ala bilər.
“Report” xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok “Azadlıq” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin istehsalı son mərhələdədir:
“Başqa bir dövlət hava hücumundan müdafiə sistemlərini almalı idi və bu dövlətlə Ukraynaya təhvil verlməsi üçün onunla danışıqlar aparıldı”.