Almaniya Ukraynaya yeni silahlar verə bilər

Almaniya Ukraynaya hərbi yardım kimi dördüncü “Patriot” zenit-raket kompleksinin göndərilməsini nəzərdən keçirəcək.

Millətin Səsi.az  xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Federal Kansler Olaf Şolts hökumətinin Ukraynaya əvvəllər söz verdiyi üç sistemə əlavə olaraq daha birini göndərə bilər. Berlin hələlik bu məsələ ilə bağlı yekun qərar verməyib.

Nəşr vurğulayır ki, Almaniya Ukraynanın müttəfiqləri arasında hava hücumundan müdafiə imkanlarını birləşdirməyə fəal şəkildə səy göstərir.

Share: