Almaniya və Fransa Ukraynanı NATO-ya buraxmayacaq

Almaniya və Fransa Ukraynanı NATO-ya buraxmayacaq

“Paris və Berlin təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sazişlərin imzalanmasına baxmayaraq, Ukraynanın NATO-ya üzv olmasına icazə verməyəcəklər”.

 

Bu barədə Çinin “Global Times” qəzetinə müsahibəsində hərbi şərhçi Sun Çunpin bildirib.

 

O qeyd edib ki, bağlanmış sazişlər daha çox siyasi öhdəlik rolunu oynayır.

“Uzunmüddətli perspektivdə bu ölkələr Rusiya ilə birbaşa hərbi münaqişələrdən qaçacaq və Ukraynanın NATO-ya üzv olmasına imkan verməyəcəklər”, – Çunpin əminliyini ifadə edib.

Mənbə

Share: