Almaniya polisi il yarım bundan əvvəl aparılmış “Sükan arxasında alkoqolsuz uikend” əməliyyatını bu həftənin istirahət günlərində təkrar etməyi qərara alıb.
Asayiş keşikçiləri alkoqol ölçmə cihazlarının göstəricilərinin içkili halda avtomobil sürmək üçün yol verilə bilən limitin aşmamasını yəqin etmək məqsədilə cümə günü axşamdan bazar ertəsi səhərə qədər sürücülər arasında kütləvi yoxlamalar aparacaqlar.
Belə bir əməliyyat ilk dəfə keçirilmir. Keçən il yanvar ayında bir uikend ərzində ölkədə 80 minə yaxın sürücü arasında aparılmış yoxlama nəticəsində məlum oldu ki, sərxoş halda avtomobil sürmək statistikası iki faiz artıb.
Belə reydlərin məqsədi almaniyalı sürücüləri onların özlərini və ətrafdakıları gözləyən təhlükə barədə maarifləndirməkdir. (AZƏRTAC)