Almanyada saxta COVID-19 pasportu teleqram, vatsap və e-BAY kimi sosial şəbəkələrdə satılır.
Millətin Səsi.az xəbər verir ki, bu haqda məlumatı Almaniya polisi yayıb. Bildirilir ki, hal-hazırda 11 mindən çox saxta COVID pasportunun verilməsi ilə bağlı araşdırmalar aparılır.
2021-ci ilin əvvəlindən təkcə Bavariyada saxta peyvənd pasportlarının paylanılması ilə bağlı 3 mindən çox, Berlində 1 028, Şlezviq-Holşteyn federal əyalətində 560 saxta sertifikat qeydə alınıb.
Almaniyada saxta peyvənd pasportunun 50-350 avro aralığında satıldığı bildirilir.