Almaniyada yaşamaq və yaşamamaq üçün 5 səbəb

Moderator.az xəbər verir ki, Avropadan olan YouTube kanalı Bremendəki əcnəbilərdən Almaniyada yaşamaq və ya yaşamamaq üçün 5 səbəb soruşdu.

 

Verilən cavablar…

 

1)“Yaşayış şəraiti yaxşıdır, hər şey sistematikdir. Piyada keçəndə nəqliyyat dayanır. Təcili yardım maşınları gəlir, hamı yol verir. Öz doğma şəhərimizdə yolu daha da bağlayırlar”.

 

2)” Almaniyada yaşamaq üçün bir səbəb var, yaşamamaq üçün heç bir səbəb yoxdur. Mən burada doğulmamışam, amma burada kifayət qədər qazanmışam. Buranın pis olduğunu deyə bilmərəm. Dövlət insanlar üçün hər şeyə zəmanət verir. İnsanlar rahat yaşayırlar. Burda heç kim heç kimi narahat etmir.Eləsə min dəfə üzr istəyirlər.Türkiyədə isə belə bir şey yoxdur..Almaniyada bir az düşmənçilik var,amma qanunlarından qorxurlar.Bir şey olarsa,polis dərhal gəlir.”

 

3)“Yaşamaq üçün iki səbəbim var: Həyat yoldaşım və uşaqlarım. Yaşamamaq üçün atmosfer və irqçilik”.

4)“Atmosfer yaxşı deyil, irqçilik bir səbəb ola bilər, amma məncə irqçilik hər yerdə var, burada yaşamaq gözəldir, mən burada təhsilə üstünlük verirəm, daha çox azadlıq var, biz fikir azadlığı ilə daha rahatıq, iş həyatı kefli, Türkiyədə 12 saatlıq iş həyatı var, burada isə o qədər də çox deyil. Türkiyədə insanlar çox işləyirlər amma işdən sonra sosiallaşırlar. Burada az işləsələr də, ictimai həyata daha qapalıdırlar. Daha çox evdəyik. İşlə ev arasında vaxt keçiririk”.

 

5)” Almaniyada yaşamamağımın səbəbləri… Soyuqdur, evdən uzaqdır. Yaşamaq üçün isə həyat zəmanəti və yaşayış üçün dövlət yardımı var. Ticarət və iş sistemi, hər şey yaxşıdır. Buna etiraz edənlər başqa yerdə ev axtarsınlar “.

 

 

 

Mənbə

Share: