Almaniyadan yeni qalmaqal: Dəmirtaşa İnsan Haqları Mükafatı!

Almaniyan Weimar Şəhər Bələdiyyəsi 10 dekabr Dünya İnsan Haqları Günündə keçirdiyi  tədbirdə “Veymar İnsan Haqları Mükafatı”nı Türkiyədə terror törətməkdə təqsirləndirilərək həbs olunan HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaşa layiq görüb .

Millətin Səsi.az xəbər verir ki, bu barədə Alman media təşkilatı Deutsche Welle (DW) məlumat yayıb; Mərasimdə çıxış edən Veymar Bələdiyyə Başçısı Peter Kleine, Dəmirtaşın ‘kürd probleminin demokratik yolla həlli, demokratikləşmə, inanc azadlığı və Türkiyədə insanların dil, mədəniyyət baxımından bərabərliyi üçün göstərdiyi səylərə görə mükafata layiq görüldüyünü bildirib.

6-8 oktyabr hadisələrinin təhrikçisi və 37 nəfərin qətlinə görə məsuliyyət daşıyan Dəmirtaşa verilən mükafat mərasimində Almaniyanın Mədəniyyət və Media üzrə Dövlət Naziri Klaudiya Rot da iştirak edib. Mərasimdə çıxış edən alman nazir də Dəmirtaşı “dostum” adlandırıb.

Roth, “Dəmirtaş cəsur, ürəkli, istiqanlı və ağıllı siyasətçi, insan haqları müdafiəçisi və demokratdır. O, Türkiyənin demokratikləşməsi üçün bir ümiddir”, bildirib.

Share: