Almaniyanın bu bölgəsində fövqəladə vəziyyət elan edildi

Almaniyanın bu bölgəsində fövqəladə vəziyyət elan edildi

Almaniyanın cənubundakı Bavariya federal torpağında fövqəladə vəziyyət elan edilib.

Bunu federal torpağın baş naziri Markus Zeder deyib.

O bildirib ki, fövqəladə vəziyyət bölgədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə elan edilib və dərhal qüvvəyə minir.

Qeyd edək ki, bu günədək Almaniyada koronavirusa yoluxanların sayı 6 215 nəfərə çatıb. 13 nəfər virusun qurbanı olub.

Share: