Almaniya 2022-ci ilin fevralından bəri Ukraynaya dəstək üçün 75 milyard avrodan çox vəsait xərcləyib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz Berlində Almaniya-Ukrayna iqtisadi forumunda deyib.
“2022-ci ilin fevralından bəri biz Ukraynaya hərbi dəstək üçün təxminən 40 milyard avro ayırmışıq. Bundan başqa, mülki dəstəyə 36 milyard avro xərcləmişik və biz 2026-cı ildə hərbi yardım üçün 11 milyard avrodan çox vəsait ayıracağıq”, – deyə o bildirib.
Merzin sözlərinə görə, Almaniya Ukraynanın enerji təchizatını təmin etmək üçün də 170 milyon avro ayıracaq.
Almaniyanın İqtisadiyyat naziri Katherina Reiche daha əvvəl forumda bildirib ki, Almaniya hökuməti Ukraynaya 45 milyon avro dəyərində özəl investisiyaları dəstəkləmək üçün yeni mexanizm işə salmağı planlaşdırır.


