Almatı görüşü: İrəvan da təsdiqlədi – Smadiyarov

Ermənistan və Azərbaycan Qazaxıstanda danışıqlarda iştirak edəcəklərini təsdiqləyiblər, danışıqların keçirilmə tarixi daha sonra açıqlanacaq.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov “RİA Novosti”yə açıqlamasında deyib.

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar Almatıda keçiriləcək. Hər iki tərəf iştirakını təsdiqləyib. Tədbirin vaxtı əlavə olaraq açıqlanacaq”, – Smadiyarov bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Qazaxıstanın xarici işlər nazirinin müavini Alibek Bakayev Ermənistanın iştirakını hələlik təsdiqləmədiyinə görə görüşün tarixinin müəyyən edilmədiyini bildirmişdi.

Share: