Qazaxıstanın Almatı şəhəri meriyasının qarşısındakı Respublika meydanında hərbçilərlə silahlı şəxslər arasında atışma başlayıb.
Axar.az xəbər verir ki, məlumatı TASS yayıb.
“Meydana hərbçilər gəldi, iğtişaşçıların “təmizlənilməsi” əməliyyatı başladı. İntensiv atışma gedir”, – TASS-ın əməkdaşı bildirib.
Bundan başqa, “Sputnik.kz” teleqram kanalında şəhərdə atışmanın getdiyi barədə xəbər verib.
“Meydanda atışma gedir”, – agentlik bildirib.
Qeyd edilir ki, meydana 50-yə yaxın hərbi texnika, o cümlədən BTR, hərbçilərlə dolu yük avtomobilləri cəlb olunub və meydan mühasirəyə alınıb:
“Meydanın mərkəzində iğtişaşların 200-ə yaxın təhrikçisi toplaşıb, bəzilərində odlu silah var”.
Müxbirin sözlərinə görə, 10-a yaxın atəş açılıb:
“Lakin atəş açan təhlükəsizlik qüvvələri deyil”.