“Altılı Masa”nın planları antikonstitusiondur – Ədliyyə naziri

“Altılı Masa”nın planları antikonstitusiondur – Ədliyyə naziri

Türkiyənin ədliyyə naziri Bekir Bozdağ müxalifətdəki “Altılı Masa”nın ünvanına yeni ittihamlar səsləndirib.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, Bozdağ müxalifətinin ölkəni idarə etməklə bağlı planlarının konstitusiyaya uyğun olmadığını açıqlayıb.

 

“Onlar konstitusiyanı yox sayan təhlil aparırlar. Sanki ölkədə parlamentar respublika üsul-idarəsi varmış kimi davranmaq istəyirlər. Prezidentin səlahiyyətləri qanun və ya protokolla başqasına verilə bilməz. İcra hakimiyyətinin səlahiyyətləri ortaq şəkildə istifadə oluna bilməz. Səlahiyyətlər bölünməzdir. Bunların sözündən belə çıxır ki, konstitusiyanı pozacaqlar. Bu qəbuledilməzdir. Konstitusiya ortadadır”, – deyə nazir bəyan edib.

 

Qeyd edək ki, “Altılı Masa”dakı partiyalardan olan Gələcək Partiyasının sədri Əhməd Davudoğlu strateji qərarlara prezidentlə yanaşı ittifaqa daxil olan partiya sədrlərinin imza atacağını bildirmişdi. Geniş tənqidlərdən sonra o, sözlərinin səhv başa düşüldüyünü deyərək açıqlamasına aydınlıq gətirmişdi.

Mənbə

Share: