Amerikalı konqresmen Tehranı terror hücumunu tam və operativ şəkildə araşdırmağa çağırdı

Amerikalı konqresmen Tehranı terror hücumunu tam və operativ şəkildə araşdırmağa çağırdı

“Tehrandakı Azərbaycan səfirliyinə bu yaxınlarda olunan hücumu qətiyyətlə pisləyirəm”.

 

Bunu amerikalı konqresmen, Respublikaçılar Partiyasının üzvü Robert Aderholt özünün “Twitter” hesabında bildirib.

 

O, İranda ölkəmizin diplomatik missiyasına hücumu terror hadisəsi adlandıraraq, bunun tam və operativ şəkildə araşdırması üçün rəsmi Tehrana çağırış edib.

Mənbə

Share: