Amerikalılar yenidən Aya çıxır – Səbəbi…

ABŞ rəhbərliyi yenidən Yerin təbii peyki Aya astrnonavt göndərmək fikrinə düşüb.

Musavat.com xarici agenltiklərə istinadən xəbər  verir ki, bu barədə vitse-prezident Maykl Pens bəyan edib.

Onun sözlərinə görə, amerikalı astronavtların 2024-cü ildə Ayda hətta uzun müddət qalmaları gözlənilir. Vitse-prezident Ayda toplanan təcrübədən Marsa yeni astronavtların göndərilməsi zamanı istifadə oluanacağını sözlərinə əlavə edib.

Maykl Pens prezident Donald Trampın NASA-nın 2024-cü ildə Aya insan göndərlməsi ilə bağlı “Artemida” proqramını və orada, gələcəkdə daimi əsasda fəaliyyət göstərəcək infrastrukturun, daha doğrusu, kosmik stansiyanın qurulmasını dəstəklədiyini vurğulayıb.

Картинки по запросу artemida 1 NASA

ABŞ-ın ikinci şəxsi bu cür proqramları durduran və zəruri maliyyə dəstəyini verməyən öncəki administrasiyaları da qınayıb.

“Biz başa düşürük ki, Marsa uçduğumuz zaman (ki bunu mütləq edəcəyik), yeni texnologiyalara, avadanlıqlara, habelə yalnız Ayda toplaya biləcəyimiz təcrübəyə ehtiyacımız olacaq. Biz astronavtlarımızı 5 ildən sonra öncə Aya, daha sonra Mars planetinə göndərməyii qarşımıza məqsəd qoymuşuq”,-deyə Maykl Pens CBS kanalına verdiyi müsahibədə söyləyib.

Qeyd olunur ki, bu ilin iyul ayının 4-də ABŞ-ın dövlət müstəqillyi gününə həsr olunmuş tədbirdə çıxış edən Donald Tramp da ABŞ bayrağını Marsa sanca biləcəklərinin anonsunu verib. Prezident özünün tvitter səhifəsində NASA-ya 1,6 milyard dollarlıq maliyyə dəstəyi verəcəklərini yazıb. Bundan başqa, o, “Artemida-1” proqramının ekipajının formalaşdırılmasında gender bərabərliyinin qorunacağını açıqlayıb.

Картинки по запросу orion NASA

Lakin bir sıra ekspertlər ABŞ rəhbərliyinin ambisiyalı planlarına şübhə ilə yanaşırlar. Məsələn, məşhur astronavt, “Apollon-11” gəmisində Aya enən, ABŞ Hərbi-hava qüvvələrinin istefada olan generalı Maykl Kollinz Donald Trampı sərt şəkildə tənqid edib. General amerikalıların Marsa enməsini görməyi çox arzuladığını, lakin bunu yaxın 5 ildə baş tutmasının mümkün olmadığını deyib.

“Trampın Mars haqqında nəsə bildiyini düşünmürəm. Hətta onun belə bir planetin varlığından xəbəri olduğuna şübhə ilə baxıram”,-deyə ekspert CNN-in “Apollo 11: Beyond the Moon” proqramına müsahibəsində bildirib.

Lakin NASA-nın direktoru Cim Braydenstayn “Artemida-1” proqramına artıq bu ilin may ayında başladıqlarını söyləyib.

 

Картинки по запросу orion NASA

Keçən həftənin bazar günü isə NASA Aya uçuşa hazırlanan, çoxdəfəlik istifadə üçün nəzərdə tutulan “Orion” kosmik gəmisinin üzərində bütün işlərin tamamlandığını bildirib. Onunla bərabər Avropa Kosmik Agentliyi tərəfindən qurulan xidməti modul da artıq işlək vəziyyətə gətirilib. Həmin aparat 2018-ci ilin noyabrında son yığılma üçün ABŞ-a göndərilib.

Rusiya isə bu məsəldə tələsmir. “Roskosmos”un rəhbəri Dmitri Roqozin ilk rusun Ay səthinə yalnız 2030-cu ildə ayaq basa biləcəyini deyib.

Share: