Amerikalıların banklara olan inamı azalıb

ABŞ-da yetkin vətəndaşların yalnız 10%-i ölkənin banklarına və digər maliyyə institutlarına “yüksək dərəcədə etimad” edir.  2020-ci ildə bu rəqəm 22% olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi və Çikaqo Universitetinin İctimai Araşdırmalar Mərkəzinin (NORC) birgə keçirdiyi ictimai rəy sorğusunda bildirilib.

 

Sorğuya əsasən, yetkin amerikalıların 57%-i ölkənin banklarına “müəyyən dərəcədə” güvənir, respondentlərin 31%-i isə banklara çox az və ya heç “etibar etmir”. Sorğu 16-20 mart tarixlərində aparılıb və 1080-dən çox amerikalı iştirak edib.

 

Sorğunun müəllifləri bildirir ki, əhalinin banklara etimadının azalmasına bir neçə bankın çökməsi ilə bağlı vəziyyət təsir edib. Qeyd edək ki, martın 10-da ABŞ-ın 16-cı ən böyük bankı Silikon Vadisi Bankı (SVB) müflis elan edilib.

Mənbə

Share: