Amerikalıların yalnız 33%-i Baydeni yenidən prezident görmək istəyir

ABŞ sakinlərinin əksəriyyəti 2024-cü il prezident seçkilərində ölkə lideri Co Baydenə səs vermək niyyətində deyil. Sorğuya əsasən, respondentlərin yalnız 33%-i dövlət başçısının yenidən seçilməsini dəstəkləyir, amerikalıların 54%-i isə başqasına səs verməyə hazırlaşır.

Bildirilib ki, bu ilin yanvarında sorğuda iştirak edənlərin təxminən 36%-i Baydeni dəstəkləyib, 60%-i isə ona qarşı çıxıb.

Respondentlərdən Demokratlar Partiyasının tərəfdarları arasında Baydenin ikinci müddətə seçilmək istəyini 71%, Respublikaçıların tərəfdarları arasında isə başqa namizədə səs verməyə hazırlaşanlar 91% olub. Müstəqil seçicilər arasında rəyi soruşulanların yalnız 13%-i Baydeni dəstəkləməyə hazırdır. 54%-i isə öz səsini başqasına verməyin tərəfdarıdır.

Mənbə

Share: