Amma Priqojin Çuykov, Gerasimov Jukov deyil…

Amma Priqojin Çuykov, Gerasimov Jukov deyil…

“Oxşarlıq bir şeydə-döyüşlərin şiddətindədir, sanki Rusiya ordusu Baxmutu ələ keçirməklə müharibənin taleyini həll edəcək…”

 

“Baxmutda müharibənin taleyi yox, Kreml döyüşlərinin nəticəsi həll edilir…”

 

“Biz görürük ki, Putin qələbəni ona nimçədə təqdim edəcək adamı seçməkdə necə vurnuxur…”

 

“Gerasimovda heç nə alınmasa onu dəyişməyə heç kim yoxdur, yuxarıda yalnız Putin var…”

 

“Kadırovun geriyə çəkilməyə yeri varsa, Priqojinin belə imkanı yoxdur, onun yeganə xilası cəbhədə ciddi uğuru ola bilər…”

 

Ukraynanın nə zamansa az tanınan Baxmut və Soledar şəhərləri bütün dünyaya səs salıb. Vaxtilə İkinci dünya savaşında heç kimə bəlli olmayan Kalaç şəhəri və Proxorovka kəndinin məşhurlaşdığı kimi.

 

Moderator.az xəbər verir ki, bu barədə hərbi ekspert Zeev Yankeleviç İsrail mətbuatına müsahibəsində deyib.

 

Fəqət, Baxmut və Soledarda baş verən hadisələri o savaşın dönüş məqamları ilə, Stalinqrad döyüşü ilə müqayisə etmək olarmı?

 

Bu sual artq KİV-lərdə və hərbi ekspertlər birliyində müzakirə edilir

 

Elə hərbi ekspert Zeev Yankeleviçlə söhbətimizi də bu mövzudan başladıq.

 

– Bəli, Baxmut və Soledar ətrafında gedən döyüşləri bəzi şərhçilər Stalinqrad döyüşü ilə müqayisə etməyə başlayıb. Oxşarlıq həqiqət var, lakin təkcə bir şeydə-döyüşlərin şiddət dərəcəsində, elə şiddət ki, adama elə gəlir ki, Rusiya ordusu Baxmutu ələ keçirməklə müharibənin taleyini həll edəcək.

 

Amma orada, Stalinqrad ətrafında müharibənin taleyi həll edilib, Baxmutun zəbt edilməsi nəyi həll edəcək?

 

– Bir çoxları üçün nədən orada belə döyüşlərin getməsi, orada nəsə strateji bir şey olmasını anlaya bilmir, varmı hər hansı strateji məqam?

 

– Burada iki məqam var. Bir qədər hərbi və çox böyük siyasi məqam.

 

Baxmut iki mühüm yola-Donetskdən Melitopola aparan 513-cü və Lisiçanskdan Zaporojyeyə aparan 504-cü yola nəzarət edir. Lakin müharibənin və ya, sadəcə, qış kampaniyanın nəticəsi orada həll edilmir. Orada Kreml döyüşlərinin nəticəsi həll edilir.

 

– Yəni?

 

– Biz hadisələrin üç əsas aktorları- Priqojini özünün “Vaqner qrupu” ilə, Kadırovu öz taborları ilə və son zamanlar az qala ana söyüşlərinə məruz qalan müdafiə naziri Şoyqunu görürük. Biz həmçinin görürük ki, Putin qələbəni ona nimçədə təqdim edəcək adamı seçməkdə necə vurnuxur.

 

– Baxmut və Soledar bu hərbi-mətbəx dəstinə uyğun gələ bilərmi?

 

– Tam olaraq. Ona görə də Rusiya rəhbərliyi Lapini Surovikinlə, Surovikini Gerasimovla əvəzləyir.

 

Ağır vəziyyətlərdə daha səriştəli generalı təyin etmək çoxdankı ənənədir. Belə ki, Leninqrad cəbhəsinə Voroşilovun komandanlıq etməsi tezliklə onun Jukovla əvəzlənməsinə gətirib çıxarıb.

 

Bu qərarı qəbul etmək üçün Stalinə Kliment Yefremoviçi 10 gün müşahidə etmək lazım gəlib. Surovikinin vəzifəsinin aşağı salınması və onun yerinə Gerasimovun təyin edilməsi üçün isə daha çox zaman, təxminən 4 ay lazım gəlib.

 

Lakin problem bundadır ki, əgər Gerasimovda heç nə alınmasa, – buna isə praktiki olaraq şübə yoxdur, – onu dəyişməyə heç kim yoxdur, yuxarıda yalnız Putin var, o da çətin ki, bu məsuliyyəti öz üzərinə götürsün.

 

Lapinin kənarlaşdırıldıqdan sonra geri qaytarılması Kadırovun, Priqojinin, elə Qirkinin üzünə tüpürmək olardı. Bu üçlük ona qarşıdır, lakin nəticədə Şoyqu və Gerasimov vəziyyəti öz xeyrinə dəyişə bilib. Sonucda ordu komponentləri arasında ziddiyyətlər sürətlə artacaq.

 

Priqojin, demək olar ki, dalana dirənib. Əgər Kadırovun geriyə çəkilməyə yeri varsa, Priqojinin belə imkanı yoxdur.

 

Onu yeganə xilas edə biləcək nəsnə cəbhədə ciddi uğuru ola bilər. Və ya nəyisə uğur kimi təqdim etmək. O zaman o, afərin olacaq, qalibləri isə, məlum olduğu kimi, mühakimə etmirlər.

 

Beləliklə, Soledar və Baxmut hərbi-strateji obyektə çevrilib. Lakin bu, istisnasız olaraq Rusiya mətbuatında belədir, o da hər şeydən göründüyü kimi, Kadırov və Priqojinlə heç də pis maliyyələşdirmir.

Mənbə

Share: