
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Senatına üzv seçilib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Federasiya məlumat yayıb.
Qeyd edək ki, Senat FİA-nın ali idarəetmə orqanıdır. Qurumun maliyyə və kommersiya məsələlərinə, eləcə də FİA-nın ümumi idarəçiliyinə məsul olan Senat avtomobil idmanı sahəsində standartların yaradılması, yol hərəkəti təhlükəsizliyi, həmçinin avtomobil sənayesinin inkişafı istiqamətinə fəaliyyət göstərir.