Ancelina Coli Bred Pittdən 250 milyon tələb edir

Ancelina Coli və Bred Pittin birgə evlilik zamanı əldə etdikləri əmlakın bölüşdürülməsi prosesi hüquqi qarşıdurma səviyyəsinə çatıb.

Milletinsesi.az xəbər verir ki, Coli Pittdən 250 milyon dollar təzminat tələb edib.

Qeyd edək ki, 2022-ci ilin fevralında dünyaşöhrətli aktyor Pitt öz keçmiş həyat yoldaşı Colini 2008-ci ildə birgə yaratdıqları Fransanın cənubundakı şərab zavodu və şəhərkənarı malikanənin qanunsuz satışına görə məhkəməyə verib. Əks iddiada Hollivud ulduzu A.Coli keçmiş həyat yoldaşını ona qarşı qisasçı müharibə aparmaqda, həmçinin əmlak və biznes üzərində nəzarəti ələ keçirməkdə günahlandırıb.

Mənbə

Share: