Ançelotti mətbuat konfransına gəlmədi

“Napoli”nin baş məşqçisi Karlo Ançelotti dünən UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Zalsburq”la oyundan (1:1) sonra mətbuat konfransına qatılmayıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis həm də oyundan sonra məcburi hesab olunan televiziyaya müsahibə vermədən meydanı tərk edib.


Bildirilir ki,oyunsonrası yalnız “Napoli”nin hücumçusu Lorenzo İnsinye televiziyaya müsahibə verib. Ançelotti və futbolçularının bu hərəkətinə səbəb rəhbərliklə aralarında olan narazılıq göstərilir. Klub prezidenti Aurelio De Laurentis nəticələrdən razı qalmadığı üçün oyunçularına həftənin sonuna qədər bazadan çıxmağa qadağa qoyub. Ançelotti klub rəhbərinin bu qərarından narazı olduğunu bildirmişdi.

Qeyd edək ki, ÇL-in E qrupunda yer alan “Napoli” 8 xalla 2-ci yerdədir.

Share: