“Ermənistan və Türkiyə sərhəddəki körpünün tez bir zamanda istismara verilməsi üçün mümkün olan hər şeyi edəcək”.
Modern.az xəbər verir ki, bunu Türkiyənin Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndəsi Serdar Kılıç “Armenpress” müsahibəsində bildirib.
“Tərəflərin son zamanlar atdığı addımlar tezliklə münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərəcək. Ermənistan və Türkiyə bu gün üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması işinə yeni təkan vermək barədə razılığa gəliblər. Ankara zəlzələdən sonra Ermənistan tərəfinin verdiyi dəstəyi unutmayacaq. Ağrı insanları bir araya gətirə bilər. Biz mühüm proseslərdən keçirik”, – deyə o əlavə edib.