Bu gün Türkiyənin paytaxtı Ankarada milli istiqlal şairimiz Əhməd Cavadın abidəsinin açılış mərasimi olub.
Gununsesi.info-nun Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Əhməd Cavadın heykəli Ankaranın Etiməsqut ərazisində yerləşən Türk Tarix Muzeyi və Parkında ucaldılıb.
Mərasimdə Bələdiyyə başqanı Ənvər Dəmirəl, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Milli Məclisin deputatı Əziz Ələkbərov, Əhməd Cavad ailəsinin nümayəndələrindən sabiq nazir Nicat Quliyev və onun qızı Mehin-banu xanım (Əhməd Cavadın sonbeşik övladı Yılmaz Axund-zadənin nəvəsi) iştirak edib.
Saytımıza açıqlamasında Mehin-banu xanım sevincini belə bölüşüb:
“Babamız Əhməd Cavadın şəxsinə, onun həyat və yaradıcılığına haqq etdiyi qiymətin verildiyini görmək qürur vericidi. Cox fərəhləndim”.