Bu ilin mart ayında keçirilməsi planlaşdırılan III Antalya Diplomatiya Forumu (ADF) təxirə salınıb.
Modern.az xəbər verir ki, bu barədə Forumun təşkilatçıları məlumat yayıb.
Forum 10-12 mart 2023-cü il tarixində keçirilməli idi. Tədbirin zəlzələ ilə əlaqədar təxirə salındığı bildirilir.
“Biz III ADF-in bu ilin sonuncu rübünə təxirə salınmasını elan etməyə borcluyuq. Bu çətin anımızda yanımızda olan bütün dostlarımıza səmimi təşəkkürümüzü bildiririk”, – deyə məlumatda bildirilir.