Antalyaya qar yağdı- 29 ildən sonra

Türkiyənin Antalya vilayətinə 29 il sonra qar yağıb.

Millətin Səsi.az  xəbər verir ki, yağıntılar sahilboyu ərazilərdə sulu qar və qar, yüksək dağlıq ərazilərdə isə qara çevrilib.

Səhər qar yağacağı xəbərini alan antalyalılar ailələri ilə birlikdə şəhər mərkəzinə enərək böyük sevinc yaşayıblar.

Qeyd edək ki, sonuncu dəfə Antalyaya 1993-cü ilin yanvarın 6-da yağan qarın qalınlığı 5 sm olub.

Share: