Antraktidada ”qarpızlı qar” görənləri heyrətləndirir

Antarktidanın ağ buzlu səhrası çəhrayı rəngə boyanıb. Tədqiqatçıların “qarpızlı qar” adlandırdıqları bu mənzərənin inanılmaz fotoşəkilləri yayımlanıb.

Milletinsesi.az “Daily mail”ə istinadən xəbər verir ki, Antarktidadakı Argentina adasında keçmiş bir ingilis araşdırma stansiyası yaxınlığında çəkilən maraqlı görüntülərə səbəb sərt və soyuğa davamlı yosunlardır.

Buzlağın qızarması sıfır temperaturda inkişaf edən zəhərli mikroskopik yosunların – “Chlamydomonas nival”isin cücərməsi nəticəsində baş verir. Bəzi insanlar çəhrayı qarın qarpızın zəif bir dadına, qoxusuna sahib olduğunu iddia edirlər, amma bunun səbəbi bilinmir. Yosunların da insanlar üçün zəhərli olduğu güman edilir.

Qan rəngli qarı 1996-cı ildə Ukraynaya 1 funt sterlinqə satılan keçmiş İngiltərə “Faraday Stansiyası”nda çəkiblər. Birhüceyrəli qırmızı rəngli fotosintetik yosunlar dünyanın qarlı ərazilərində rast gəlinir. Yosunlar aşağı temperaturlara yaxşı tab gətirən və qarda diri qalan sporlar çıxarır.

Hazırda Antarktidada hava istiləşdikdə, bu sporlar cücərir. Ukrayna alimləri deyirlər ki, bu cür qar iqlim dəyişikliyinə səbəb olur, çünki qırmızı moruq rəngli qar daha az günəş işığını əks etdirir və daha tez əriyir. Nəticədə qarda daha çox parlaq yosun əmələ gəlir.

Share: