On ildən artıq müddətdə ilk dəfə olaraq, “Apple” illik bazar siyasətini kökündən dəyişəcək.
Milletinsesi.Az “MacRumors” nəşrinə istinadən xəbər verir ki, “iPhone” 18 baza modeli 2026-cı ildə buraxılmayacaq.
Əvəzində bu payızda yalnız flaqman cihazların elan ediləcəyi gözlənilir: “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və qatlanan “iPhone”. Standart “iPhone 18” və digər sərfəli modellər 2027-ci ilin yazından əvvəl bazara çıxarılmayacaq.
Bu o deməkdir ki, 18 aydan çox müddət ərzində hazırkı “iPhone2 17 hazırkı baza modeli olaraq qalacaq. Dəyişiklik sıranın genişlənməsi ilə əlaqədardır: 2026-cı ilin sonuna qədər “iPhone 16e”, “iPhone Air2 və köhnə nəsillər də daxil olmaqla, eyni vaxtda ən azı səkkiz fərqli “iPhone” modeli satışda ola bilər.


