Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün ictimai iaşə və ərzaq satışı müəssisələrinə bəzi tövsiyələrini verib.
Agentlikdən Milletinsesi.az-a verilən məlumata görə, ictimai iaşə və ərzaq satışı müəssisələrində xəstəliyə yoluxma riskinin azaldılması üçün ortaq istifadə edilən səthlər, əşyalar mütəmadi təmizlənməlidir.
Həmin yerlər dezinfeksiya edilməlidir.