Aquero Cerrard və Keynin rekordunu qırdı

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu açıqlanıb.

Qol.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Serxio Aquero ötən ayın ən yaxşısı seçilib.

Argentinalı futbolçu karyerasında 7-ci dəfə bu mükafata sahib çıxıb. Daha öncə Stiven Cerrardla (“Liverpul”), Harri Keyn (“Tottenhem”) 6 dəfə bu ayın oyunçusu seçilmişdilər. 31 yaşlı futbolçu bu göstəricidə rekorda sahib olub.

Qeyd edək ki, Aquero ötən ay 3 oyuna 6 qol vurub.

Share: