İslamabad memorandumunun imzalanmasına az qalmış maksimalizm, şərtlərin daim dəyişməsi və amerikalı həmkarlarımızın sərtliyi ilə qarşılaşdıq.
Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı ABŞ-la müqavilənin niyə imzalanmadığını şərh edərkən deyib.
Qeyd edək ki, aprelin 11-də ABŞ və İran nümayəndələri arasında İslamabadda danışıqlar keçirilib və nəticəsiz başa çatıb.


