Arakçı BDU-da tələbələrlə görüşdü

Arakçı BDU-da tələbələrlə görüşdü

İranın xarici işlər naziri Abbas Arakçı Azərbaycana səfəri çərçivəsində Bakı Dövlət Universitetində müəllim heyəti və tələbələrlə görüşüb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Görüş zamanı Arakçı İranın diplomatiyaya yanaşması və beynəlxalq məsələlərin həllində dövlətlərarası əməkdaşlıq barədə fikirlərini bölüşüb.

Sonda nazir görüş iştirakçılarına özünün “Danışıqların gücü” kitabının Azərbaycan dilinə tərcümə olunmuş nüsxələrini hədiyyə edib.

Share: