
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO baş katibi Yens Stoltenberqlə görüşəcək.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hərbi alyansın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş Mirzoyanın Belçikaya səfəri çərçivəsində baş tutacaq.
Tərəflər 23 yanvarda təşkilatın Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında görüşəcəklər.