Arayik Arutyunyan generalın həbsinə görə dindirildi

Qarabağdakı separatçılarının başçısı Arayik Arutyunyan Xankəndidəki qondarma rejimin “keçmiş müdafiə naziri”, general-leytenant Mikayel Arzumanyana qarşı açılan cinayət işi çərçivəsində dindirilib.

Modern.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti öz mənbələrinə istinadən yazıb.

 

Nəşrin məlumatına görə, Qarabağdan bir sıra yüksək rütbəli hərbçilər bu işlə bağlı İrəvana gəliblər, onlar hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşüblər.

 

“Generallar Arzumanyanla bağlı məsələni müzakirə edərək, onun azadlığa buraxılmalı olduğunu bildirib, istintaq təcridxanasında saxlanmasını ədalətsizlik kimi qiymətləndiriblər”, – deyə qəzet yazır.

Məlumata görə, hazırda üzbəüz dindirmə prosesi gedir.

 

M.Arzumanyan avqustun 30-da 44 günlük müharibə zamanı Şuşanınm müdafiəsi zamanı hərbi vəzifələrini yerinə yetirərkən səhlənkarlıq ittihamı ilə saxlanılıb.  Sentyabrın 1-də Arzumanyan həbs edilib.


O, müharibənin son mərhələsində, 2020-ci il oktyabrın 27-də sələfi Cəlal Arutyunyanın yaralanması səbəbindən Qarabağ separatçılarının “Müdafiə Ordusunun komandanı” təyin edilmişdi. Arzumanyan 2021-ci ilin sentyabrında tutduğu “vəzifədən” azad edilib.

Mənbə

Share: