
Moskvadan göstəriş gəlməsə, separatçıların “rəhbəri” Arayik Arutyunyan istefa verəcək.
Modern.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Arutyunyan Nikol Paşinyanla görüşdən məyus qayıdıb. Çünki Paşinyan Azərbaycanın tələblərinə alternativin olmadığını deyib. Arutyunyan hesab edir ki, o, istefaya doğru gedir.
Bundan əvvəl Arutyunyanın istefa vermək niyyətində olduğu bildirilirdi.