
Noyabrın 14-də torpaqlarımızda Arayik Arutyunyanın başçılıq etdiyi separatçı-terrorçu rejimin qondarma “müdafiə” idarəsi Azərbaycan Respublikasının “Martuni” adlandırdıqları Xocavənd rayonu mərkəzindəki qanunsuz hərbi hospitalın bağlanmasına qərar verib.
Moderator.az xəbər verir ki, “Hraparak”ın bu haqda yaydığı xəbərdə xəstəxananın işçi heyətinə onun bağlanması səbəbləri açıqlanmayıb.
“Rəhbərlik bunu məqsədəuyğun hesab etdiklərini bildirib. Xatırladaq ki, xəstəxana birinci Qarabağ müharibəsi zamanı, 90-cı illərdə yaradılıb”- xəbərdə deyilir..
Xocavənd şəhərinin qanunsuz “meri” Edik Avanesyan suallara cavabında təfərrüatlara varmaq istəməyib.
“Bunun bizə aidiyyəti yoxdur, Müdafiə Ordusu ilə əlaqə saxlayın, bizim belə məlumatı açıqlamağa haqqımız yoxdur”, – deyə Avanesyan bildirib”
P.S. Çox güman ki, Xankəndindəki separatçı rejim rəhbərliyi artıq bundan sonra, mütəmadi təxribatlar istisna olmaqla, Azərbaycan ordusuna qarşı hər hansı genişmiqyaslı müdafiə və ya hücum əməliyyatı keçirmək iqtidarında olmayacaqlarını dərk edərək Xocavənddəki hospitala əlavə xərc çəkməməyi məqsədəuyğun bilib…
Sultan Laçın