
“Araz-Naxçıvan” komandası “Qəbələ”yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının X tur oyununa itkilərlə çıxacaq.
Naxçıvan təmsilçisindən “Report”a verilən məlumata görə, İsmail Azzaui zədə səbəbindən meydana çıxa bilməyəcək.
Vanderson isə cəzalı olduğu üçün qarşılaşmanı buraxacaq.
Qeyd edək ki, “Qəbələ” – “Araz-Naxçıvan” görüşü bu gün saat 16:30-da start götürəcək.