Argentinada güclü zəlzələ olub

Argentinada 5,5 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, “UTC” vaxtı ilə saat 01:23-də qeydə alınan yeraltı təkanların episentri San-Martin şəhərindən 70 kilometr cənub-qərbdə, ocağı isə 149,3 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Share: