Argentinalı alimlər SARS CoV-2 koronavirus genomunu tamamilə deşifrə edə bilib.
Bu barədə ölkə Prezidenti Alberto Fernandes Tvitter səhifəsində bildirib. Argentina lideri bu nailiyyətin diaqnostikanın və epidemioloji nəzarətin keyfiyyətini təmin etmək üçün faydalı olacağını, eyni zamanda virusun mövcud olan ştammları üçün peyvənd formulunun inkişafına kömək edəcəyini qeyd edib.
Nəticələr artıq bir çox ölkənin nümunələrinin yerləşdiyi Almaniyadakı beynəlxalq EpiCoV GISAID verilənlər bazasına göndərilib.
Son məlumatlara görə, Argentinada 1628 nəfər infeksiyaya yoluxub, 56 nəfər ölüb, 338-i sağalıb./publika.az