Azərbaycan Milli Konservatoriyasının “Muğam” kafedrasının müdiri, xalq artisti Arif Babayev əməliyyat olunub.
Milletinsesi.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Bakıda keçirilən “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı tədbirdə deyib.
O bildirib ki, Arif Babayev xaricdə müalicə aldığı üçün tədbirə qatılmayıb. Daha sonra xalq artisti telefon bağlantısı vasitəsilə tədbirə qoşulub və öz fikirlərini bölüşüb.