Armen Qriqoryan MDB TŞ rəhbərlərinin Moskvada keçiriləcək iclasında iştirak etməyəcək

Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin Rusiyada keçiriləcək iclasında iştirak etməyəcək.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan məlumat verib.

Xatırladaq ki, tədbir noyabrın 8-də Rusiyanın paytaxtı Moskvada baş tutacaq.

Mənbə

Share: