“Arsenal” 4 futbolçusuna töhmət verdi

“Arsenal”ın dörd futbolçusu karantin qaydasını pozub.

Qol.az xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb. Bildirilib ki, müdafiəçi David Luis, yarımmüdafiəçi Qranit Caka və hücumçular Aleksandr Lyakazett və Nikolya Pepe karantin qaydalarına əməl etməyiblər. Klub rəhbərliyi buna görə oyunçularla izahlı söhbət edib və onlara töhmət verib.

Pepenin dostları ilə futbol oynadığı, Caka və Luisin parkda görüşdüyü, Lyakazettin isə maşın yuyan şəxslə söhbət etdiyi vurğulanıb.

Həmin futbolçuların cərimələnə biləcəyi də vurğulanıb.

Share: